Modern.az

Təcridxanaya diş pastasının içərisində narkotik keçirmək istədi

Təcridxanaya diş pastasının içərisində narkotik keçirmək istədi

15 May 2025, 10:02

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Modern.az xəbər verir ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?