Modern.az

Sumqayıtda 5 mindən çox abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 5 mindən çox abonentin qazı KƏSİLƏCƏK

Aktual

19 May 2025, 13:04

Sumqayıt şəhərinin bir neçə məhəlləsində orta təzyiqli yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, 4, 5, 16, 17, 18, 19, 20, 21 və 34-cü məhəllələri əhatə edən 5 min 200 abonentin qaz təchizatı 159 millimetrlik qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq dayandırılıb.

Qaz təchizatının bərpası işlərin tamamlanmasından dərhal sonra həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi