Modern.az

Qaz kəsiləcək! 

Qaz kəsiləcək! 

10 İyul 2025, 17:36

Babək rayonunun bir sıra yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, buna səbəb 219 millimetrlik borunun korroziyaya uğramasıdır. Yeraltı xətlərin yerüstü xətlərlə dəyişdirilməsi ilə əlaqədar Babək rayonunun Nehrəm qəsəbəsi, Babək şəhəri, Güznüt, Çeşməbasar və Qoşadizə kəndlərinə bu gecədən etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra mavi yanacağın verilişi bərpa ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat