Modern.az

Telefon mağazasından oğurluq edən şəxs saxlanıldı

Telefon mağazasından oğurluq edən şəxs saxlanıldı

Aktual

11 Sentyabr 2025, 08:54

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat