Modern.az

Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq

Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq

13 Sentyabr 2025, 13:48

Sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov instaqramda ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər