Modern.az

Toy karvanında qayda pozanlar cəzalandırıldı

Toy karvanında qayda pozanlar cəzalandırıldı

Aktual

13 Sentyabr 2025, 14:50

Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan  “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Modern.az xəbər verir ki, araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?