Böyük Britaniya kralı III Çarlz dünyanın ən yaşlı insanını xüsusi olaraq ziyarət edib.
Modern.az xəbər verir ki, bu bar.ədə BBC-nun məlumatında bildirilib.
116 yaşlı qadın Etel Katerhem krala deyib ki, “bütün qızlar gəncliyində sənə aşiq idilər və səninlə evlənmək istəyirdilər”.
Etel Katerhem Surrey ştatının Lightvater şəhərindəki qocalar evində yaşayır.
Katerhem aprel ayında braziliyalı rahibə İna Canbarro Lukasın 116 yaşında vəfatından sonra yaşayan ən yaşlı insan olub.
O, əvvəllər etiraf etmişdi ki, kralla görüşməkdənsə, sakit ad gününü qeyd etməyi üstün tutur.
21 avqust 1909-cu ildə, Titanik fəlakətindən üç il əvvəl anadan olan Katerhem Rusiya inqilabını, Böyük depressiyanı, iki dünya müharibəsini və COVID-19 pandemiyasını yaşayıb.
115 illik ad günündə o, Kral Çarlzdan təbrik məktubu alıb.