Modern.az

Türk dünyasının bir-birini tanımağa böyük ehtiyacı var - Birol Akgün

Türk dünyasının bir-birini tanımağa böyük ehtiyacı var - Birol Akgün

Aktual

26 Sentyabr 2025, 20:07

“Bu gün bizi bir araya gətirən mədəniyyət və film günləri qardaş ölkələrimizin mədəni sahədə yaxınlaşması baxımından çox önəmlidir. Türk dünyasının bir araya gələrək bir-birini tanımağa böyük ehtiyacı var. Filmlər isə bu yaxınlaşmanın ən yaxşı yoludur”.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.

Diplomat qeyd edib ki, mədəniyyət sahəsi zəhmət, dəstək və qayğı tələb edir: “Sənətçilərə sahib çıxmalı, onlara daha çox diqqət göstərməliyik. Bu cür film günlərində nümayiş olunan filmlər ortaq dil anlayışımızın inkişafına mühüm töhfə verir”.

Birol Akgün iki ölkənin mədəniyyət nazirlərinə, Milli Düşüncə Cəmiyyətinə və TİKA-ya təşəkkürünü ifadə edib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur