Modern.az

5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO

5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO

Aktual

26 Sentyabr 2025, 20:35

Bakıda 8-ci Türkiyə-Azərbaycan türk film günlərinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan edilib.

 

Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyənin Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olub. Aktrisa ilk dəfə Azərbaycana gəlib və qala mərasimində tamaşaçılarla görüşüb. Açılışda Hülya Koçyiğitin baş rolda oynadığı məşhur “Gəlin” filmi nümayiş olunub.

 

Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılıb. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşüblər.

 

Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılıb. 

Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz təşkil olunacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur