Modern.az

“Azercell” “CyberCell Hackathon”a start verir

“Azercell” “CyberCell Hackathon”a start verir

Aktual

18 Oktyabr 2025, 09:33

25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək

Modern.az xəbər verir ki, 18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.

Yarış zamanı iştirakçılar "Red Team" (hücum) və "Blue Team" (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər. 

“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır. 

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ