Modern.az

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Aktual

7 Noyabr 2025, 12:30

Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat qəsəbəsinin bir hissəsində yerləşən diametri 57 millimetr olan qaz xəttinin nəqliyyat vasitəsi tərəfindən zədələnməsi nəticəsində qaz sızmasının qarşısının alınması məqsədilə bu gün saat 13:00-dan etibarən 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı ərazidə təmir-bərpa işləri tamamlandıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!