Modern.az

Gəncə Dövlət Universitetində dəyirmi masa - FOTO

Gəncə Dövlət Universitetində dəyirmi masa - FOTO

Aktual

12 Noyabr 2025, 16:51

Gəncə Dövlət Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

12 Noyabr- Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk Milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu, milli suverenliyin, siyasi sabitliyin və hüquqi dövlətçiliyin bərqərar olmasına zəmin yaratdı. Müstəqil Respublikamızın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

Dəyirmi masada Universitet AHİK-nin sədri Afaq Qasımova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlardan, Konstitusiyanın müddəalarına uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsindən və vətəndaş rifahının yüksəldilməsindən bəhs edib.

Daha sonra  Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Azərbaycanın Konstitusiyası və hüquq tarixi”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Konstitusiya və Suverenlik İli – Azərbaycanın hüquqi və dövlətçilik inkişafı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Konstitusiya ali qanunumuzdur”, universitetin hüquq məsləhətçisi Günay Şirinova “Müasir dövlət idarəçiliyində Konstitusiyanın rolu”, ”Yüksəliş” qəzetinin müxbiri” Firəngiz İsmayılova  “Konstitusiyamız dövlətçiliyimizin rəmzidir” adlı məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəddir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR