Modern.az

Zəngəzura gedən yoldan yeni GÖRÜNTÜLƏR

Zəngəzura gedən yoldan yeni GÖRÜNTÜLƏR

Aktual

13 Noyabr 2025, 20:27

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, Böyük Qayıdışı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

"Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti "dəmir köprü" olacaq", - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?