Modern.az

Anar xəstəxanaya yerləşdirilib? - Fotosu yayıldı

Anar xəstəxanaya yerləşdirilib? - Fotosu yayıldı

Aktual

17 Noyabr 2025, 10:38

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Modern.az-ın məlumatına görə, Anar Rzayev “Qafqazinfo”ya açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Yazıçı “Hazırda evdəsinizmi?” sualına isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.

1478280

Sizə yeni x var
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR