Modern.az

Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama

Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama

Aktual

17 Noyabr 2025, 19:33

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların guya qanunsuz çıxarılması ilə bağlı görüntülər yayılıb.

 

Modern.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən xidməti yaşayış sahələrindən “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 102-ci maddəsinin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılmaları ilə bağlı tərəfimizdən Suraxanı Rayon Məhkəməsinə müraciət edilib, həmin şəxslərin Nazirliyə məxsus həmin xidməti mənzillərdən çıxarılmaları və mənzilləri Fövqəladə Hallar Nazirliyinə təhvil vermələri barədə məhkəmə qətnamələr qəbul edib və məhkəmə qətnamələri qanuni qüvvəyə minib.

 

Qeyd edilib ki, qanuni qüvvəyə minmiş 7 məhkəmə qətnaməsi Suraxanı Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və həmin şöbə tərəfindən məcburi icra hərəkətləri həyata keçirilərək, mənzillərin Nazirliyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!