Modern.az

Salyan sakini itkin düşdü

Salyan sakini itkin düşdü

Aktual

24 Noyabr 2025, 22:00

Salyan rayon sakini itkin düşüb.

 

Modern.az xəbər verir ki, Salyan rayon sakini, 1996-cı il təvəllüdlü İsmət Fikrət oğlu Məmmədzadə noyabrın 21-də yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

İ.Məmmədzadənin əlamətləri: boyu 172 sm, arıq bədən quruluşludur. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055 390 87 87, 050 693 19 38) məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı