Modern.az

Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır - VİDEO

Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır - VİDEO

Aktual

26 Noyabr 2025, 10:18

Ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmiş, “Səs Azərbaycan” yarışmasının mükafatçısı, bu il Laçında 28 May - Müstəqillik Günü münasibətilə keçirilmiş konsertin iştirakçısı gənc xanəndə İlkin Dövlətov Qarabağda, Şərqi Zəngəzurda doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin sevinc və qürur hissi keçirdiklərini görüb.

Modern.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onun bununla bağlı təəssüratını bölüşür.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Gənc ifaçı İlkin Dövlətovla müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ