Modern.az

Arvadını öldürüb Çinə qaçan şəxs TUTULDU

Arvadını öldürüb Çinə qaçan şəxs TUTULDU

Aktual

26 Noyabr 2025, 10:26

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!