Modern.az

Lənkəranın işığı KƏSİLƏCƏK

Lənkəranın işığı KƏSİLƏCƏK

Aktual

26 Noyabr 2025, 09:18

Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 4 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən bildirilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...