Modern.az

Bakıdan məmnunuq! - Şimali Kiprin XİN başçısından özəl AÇIQLAMA

Bakıdan məmnunuq! - Şimali Kiprin XİN başçısından özəl AÇIQLAMA

Aktual

28 Noyabr 2025, 18:02

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk Dövlətləti Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin VII toplantısında iştirak edib.

Modern.az xəbər verir ki, o, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türkiyənin Azərbacandakı səfiri Birol Akgünlə bir araya gəlib.

Nazir Ertuğruloğlu “MediaTürk TV” və Modern.az-a özəl açıqlama verib.

Bakıdakı təmasları barədə danışan Ertuğruloğlu Azərbaycanın Şimali Kipr Türk Respublikası üçün vacib əhəmiyyət daşıyan bir dövlət olduğunu vurğulayaraq, Bakıda olmaqdan məmnunluq duyduğunu deyib. Türk Dövlətləri Təşkilatı çərçivəsində Ortaq Media Sammitinin əhəmiyyətindən söhbət açan nazir, bu işlərin Türk dünyasında Şimali Kiprə gündəmdə qalmaqda töhfə verdiyini və əməkdaşlığı gücləndirdiyini qeyd edib.

Ertuğruloğlu media sahəsindəki ortaqlığın strateji əhəmiyyət daşıdığını söyləyib:

“Şimali Kipr Türk Respublikası TDT çərçivəsində yaradılan mexanizmlərə və media sahəsində əməkdaşlığa hazırdır. Bu addımın Türk dünyasının əməkdaşlığını gücləndirəcəyinə və bilgi sahəsində balanslı, obyektiv bir şərait yaranmasına töhfə verəcəyinə inanırıq. Dijital propaqanda və dezinformasiya çağında peşə təhsili proqramları keçirmək, jurnalistlərin və gənc kontent yaradıcılarının bacarıqlarını inkişaf etdirmək olduqca vacibdir. Şimali Kipr bu səylərə töhfə verməyə və ortaq layihələrə aktiv şəkildə qoşulmağa hazırdır. Ortaq fəaliyyətlər Türk dünyasının media gücünü daha da artıracaq və səsimizin beynəlxalq arenada daha güclü əks-səda doğurmasına səbəb olacaq”.

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev tərəfindən Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun şərəfinə şam yeməyi təşkil olunub. Şam yeməyinə azərbaycanlı deputatlar da qatılıb.

Ərtuğruloğlunu Bakı səfəri zamanı nazirliyin müşaviri Mustafa Lakadamyalı, Şimali Kipr Türk Respublikasının (ŞKTC) Bakı nümayəndəsi Ufuk Turganer, üçüncü katib Görkem Rəis, mətbuat və informasiya üzrə məsul şəxs Mert Efekan müşayiət ediblər.

Serdar Şengül

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu