Modern.az

Dövlət qurumlarına kiberhücumların qarşısı alındı

Dövlət qurumlarına kiberhücumların qarşısı alındı

Aktual

3 Dekabr 2025, 14:24

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. 

Xidmətdən Modern.az-a verilən məlumata görə, bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmışdır.

Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412 sayda zərərli fəaliyyətin qarşısı alınmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?