Modern.az

Əli Kərimlinin apellyasiya şikayətinə baxılacaq

Əli Kərimlinin apellyasiya şikayətinə baxılacaq

Aktual

5 Dekabr 2025, 11:05

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimlinin şikayətinə baxılacaq.

Modern.az xəbər verir ki, bu gün saat 14:20-də Bakı Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxacaq. AXCP sədri həbsinin əsassız olduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi