Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Modern.az xəbər verir ki, dekabrın 10-u axşam saatlarında da muxtar respublikanın dağlıq və dağətəyi zonalarında sulu qar və qar yağır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr təşkil edir.


