Modern.az

Xırdalanda işıq KƏSİLƏCƏK

Xırdalanda işıq KƏSİLƏCƏK

Aktual

11 Dekabr 2025, 10:20

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsi, Kənd Xırdalan, Narlıq adlanan yaşayış əraziləri, Mazasır qəsəbəsinin Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -