Modern.az

Zorlu Töre "MediaTürk Tv"də qonaq olub

Zorlu Töre "MediaTürk Tv"də qonaq olub

Aktual

11 Dekabr 2025, 11:55

Şimali Kipr Türk Respublikasının Milli Birlik Partiyasının (UBP) millət vəkili Zorlu Töre "MediaTürk TV" kanalında Serdar Şəngülün aparıcılıq etdiyi “Net Baxış 360°” proqramının qonağı olub.

Modern.az xəbər verir ki, o, Azərbaycan-Şimali Kipr Türk Respublikası münasibətlərini və aktual siyasi prosesləri dəyərləndirib.

Zorlu Töre parlament sədri olduğu dövrdə Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradıldığını xatırladıb, bu addımın Azərbaycanda böyük rezonans doğurduğunu bildirib. O, Azərbaycanın Şimal Kipr Türk Respublikasına münasibətini “cəsarətli və tarixi yanaşma” kimi qiymətləndirib:

“Azerbaycan dövləti Türkiyədən sonra Kipr türklərinin böyük qardaşıdır. Bizim inamımız tamdır, Azərbaycanın atdığı bu cəsarətli addım əslində bir tanınma addımıdır. Bunun rəsmiləşməsi də çox uzaqda deyil.”

Töre qeyd edib ki, Azərbaycanın Şimali Kipr Türk Respublikası ilə münasibətlərində atdığı addımlar Türk Dünyası üçün yeni bir dövrün başlanğıcını göstərir və digər Türk Dövlətlərinin də bu istiqamətdə addımlar atmasının vacibliyini vurğulayıb.

“Parlamentimizdə Rumun vəkilliyini edənlər var”

Zorlu Töre Şimali Kipr Türk Respublikası Məclisində aparılan büdcə müzakirələrinə də toxunaraq, müxalifət nümayəndələrinin bəzi çıxışlarının dövlətin nüfuzuna və milli duruşuna zərər vurduğunu deyib.

O, narazılığını belə ifadə edib: “Parlamentimizdə açıq şəkildə Rumun vəkilliyini edənlər var. Bu cür açıqlamalar dövlətimizin görünüşünə və milli mövqeyimizə zərər verir”.

Serdar Şengül

 

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?