"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaşayış binalarının tikintisi işlərinin satın alınması üçün tender elan edib.
Modern.az xəbər verir ki, satınalmanın ehtimal olunan ümumi dəyəri 16 milyon manatdır.
Şuşanın D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli) dörd mərtəbəli binalar tikiləcək.
Tenderə 28 yanvar 2026-cı il tarixində yekun vurulacaq.