Modern.az

Rektor BMU-da karyera sərgisi ilə tanış oldu

Rektor BMU-da karyera sərgisi ilə tanış oldu

Aktual

12 Dekabr 2025, 15:21

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Karyera Həftəsi 2025” çərçivəsində növbəti sərgi keçirilib.

Modern.az xəbər verir ki, iqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və məzunları üçün təşkil edilən karyera sərgisində Mərkəzi Bank, KPMG Azerbaijan,  Aqrar Sığorta Fondu, Azər-Türk Bank ASC, Atəşgah Sığorta, Unibank, Kapital Bank, Meqa Həyat Sığorta, Yapı Kredi Bank, EY Azerbaijan və digər şirkətlər təmsil olunub.

BMU-nun rektoru Yaqub Piriyev sərgi ilə tanış olaraq universitetlə dövlət və özəl müəssisələrin əməkdaşlığının gücləndirilməsi məsələlərinə diqqət çəkib. Qeyd edib ki, bu cür tədbirlər gənclərin real iş mühiti  ilə tanış olmasına, peşə bacarıqlarının inkişafına və gələcək karyera perspektivlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Rektor sərgidə iştirak edən bütün şirkətlərə təşəkkürünü bildirib və belə əməkdaşlıqların gələcəkdə də davam etdiriləcəyinə inamını vurğulayıb. 

Sərgidə nümayiş etdirilən bütün stendlərə baxış zamanı tələbə və məzunlar  şirkətlərin fəaliyyəti, xidmətləri, yaratdıqları karyera imkanları və konkret vakansiyalarla tanış olublar.   

Qeyd edək ki, “Karyera Həftəsi 2025” çərçivəsində sonuncu sərgi dekabrın 16-da İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün keçiriləcək.

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?