“Cəbrayıl-Ağbənd” elektrik verilişi xəttinin (EVX) çəkilişinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Modern.az xəbər verir ki, “Azərenerji” bununla bağlı “Azərelektrik Tikinti Quraşdırma” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Müqaviləyə əsasən, 74 km uzunluğunda 330 kV-luq “Cəbrayıl-Ağbənd” elektrik verilişi xətlərinin (EVX) çəkilişi 23 milyon 680 min manata başa gələcək. (Mənbə: iqtisadiyyat.az)