Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışıb.
Modern.az xəbər verir ki, 6 uşaq anası Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsindəki daşa görə əməliyyat olunub:
“Beş gün xəstəxanada yatdım. Səhəri günü çıxacaqdım. Birdən-birə o vəziyyətə düşmüşəm. Həkimlər deyir ki, 45 və 15 dəqiqə 2 dəfə olub. 3-4 gündən sonra da özümə gəlmişəm”.
Qeyd edək ki, 45 dəqiqə dayanmadan xəstənin həyatını xilas etmək üçün mübarizə aparan həkim xəstəxananın anestezioloq-reanimatoloqu Jalə Müslümova olub.