Modern.az

Nigar Məmmədova: Əmək Məcəlləsinə dəyişikliklər fundamental məsələləri əhatə edir

Nigar Məmmədova: Əmək Məcəlləsinə dəyişikliklər fundamental məsələləri əhatə edir

Aktual

16 Dekabr 2025, 13:30

Əmək Məcəlləsinə edilən dəyişikliklər olduqca mühüm və fundamental məsələləri əhatə edir. Burada söhbət həm əməyin mühafizəsi və işçilərin sağlamlığı, həm rəqəmsal mexanizmlərin tətbiqi, həmçinin qadınların və analığın hüquqlarının qorunması və digər vacib yeniliklərdən gedir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O qedy edib ki, qəbul edilən dəyişikliklər vətəndaşların həyat keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.

“İlk növbədə, əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələsinə toxunmaq istərdim. Müasir dövrdə əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır.

İkinci mühüm istiqamət — rəqəmsallaşmadır. Əmək və inzibati proseslərdə rəqəmsal alətlərin tətbiqi şəffaflığın artırılmasına, prosedurların sadələşdirilməsinə və artıq bürokratik maneələrin aradan qaldırılmasına imkan verir”.

Deputat xüsusi olaraq qadınların və analığın hüquqlarının qorunmasına dair müddəaları vurğulayıb.

“Qanun layihəsi hamilə qadınların və azyaşlı uşağı olan qadınların öz müraciətləri əsasında yüngülləşdirilmiş iş rejimindən istifadə etmək hüququnu təsbit edir. Bu, qadınlara peşə fəaliyyətini ailə və uşağa qayğı ilə uzlaşdırmaq imkanı yaradır və onların əmək hüquqlarının qorunmasını təmin edir.

Eyni zamanda, üç yaşınadək uşağı olan qadının işdən azad edilməsinin qadağan olunması və bu qadağanın pozulmasına görə işəgötürənin məsuliyyət daşıması son dərəcə prinsipial bir normadır. Bu, qadına həyatının ən həssas dövründə sabitlik və sosial müdafiə hissi verir”.

Sonda deputat təklif olunan bütün dəyişikliklərin insan mərkəzli, sosial yönümlü və müasir əmək münasibətləri sisteminin formalaşmasına xidmət etdiyini əlavə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır