"Tutaq ki, Qarabağ ermənilərinin geri qaytarılması gündəliyini qəbul etdik, bəs bundan kim faydalanacaq? Onlar bundan faydalanacaqmı?”
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.
O, səhvlərdən dərs və nəticə çıxarmağın vacibliyini vurğulayıb.
Paşinyan deyib ki, Qarabağ ermənilərinin geri qaytarılması tələbini qaldıranlar onları sərgərdan statusuna məhkum etməyə çağırırlar.
“Amma artıq onların ünvanı var. Və bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır", - deyə Paşinyan qeyd edib.
Baş nazir Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıb.