Dünya birjalarında gümüşün qiymətində yeni rekord göstərici qeydə alınıb.
Modern.az xəbər verir ki, gümüşün qiyməti bir troya unsiyası üçün 84 dolları ötməklə rekord səviyyəyə çatıb. Qızılın bir troya unsiyasının qiyməti isə 4599 dollara yüksəlib.
Ekspertlərin fikrincə, gümüş və qızılın qiymətlərindəki artımlar ABŞ Federal Ehtiyat Sisteminin rəhbərinə qarşı açılan cinayət işi və İranda artan etirazlar fonunda baş verib.
Qeyd edək ki, gümüşün qiyməti dekabrda 40 faizdən çox bahalaşmaqla 1951-ci ildən bəri ən yaxşı illik artım göstəricisini nümayiş etdirib. Ötən ay qızılın qiyməti də 4549 dolları ötərək rekord həddə çatmışdı. 2025-ci il ərzində qızıl qiymətlərində 64 faiz bahalaşma qeydə alınıb, həmçinin 1979-cu ildən bəri ən güclü illik artım tendensiyası göstərib.