Modern.az

Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı

Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı

Aktual

15 Yanvar 2026, 18:00

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.

Modern.az xəbər verir ki, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.

Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.

Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır