Modern.az

“Faciənin foto yaddaşı” sərgisi açılıb

“Faciənin foto yaddaşı” sərgisi açılıb

Aktual

16 Yanvar 2026, 17:40

Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, sərgi çərçivəsində “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı sənədli film nümayiş olunub.

Sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək sərgidə təqdim olunan fotoların və sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

M.Həsənoğlu bildirib ki, sərgi tarixi həqiqətlərin vizual materiallar vasitəsilə gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə fotoqraflar tərəfindən lentə alınmış fotolarla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan sənədlər də nümayiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada