Modern.az

26 siyasi partiya Nazirliyə hesabat verdi

26 siyasi partiya Nazirliyə hesabat verdi

Aktual

16 Yanvar 2026, 19:14

Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim edir.

Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır