Sumqayıt şəhərində zərərçəkən polisə müraciət edərək 24 min manat maddi vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
DİN-dən verilən məlumata görə, araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.