Modern.az

Sumqayıtda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Aktual

17 Yanvar 2026, 17:47

Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib. O, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır