Ermənistan Baş nazir Nikol Paşinyan 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar çap olunan “Mollak” qəzetində çap olunmuşdu.
11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar - xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirmişdi. O yazmışdı ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.
1990-cı ilin yanvarın 20-də Bakıdakı faciəli 20 Yanvar barədə Paşinyan bunları yazmışdı: "Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim".