Modern.az

Bakıda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Aktual

20 Yanvar 2026, 14:26

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Modern.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, verilən proqnoza əsasən paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir.

“Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək", - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır