İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı xəbərdarlığı təkrarlayıb, əgər Tehran hücum edərsə, sərt cavab alacaq.
Modern.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
"Əgər İran İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik", - Netanyahu bildirib.
Daha əvvəl "The War Zone" qəzeti İsrail Müdafiə Qüvvələrinin mənbəsinə istinadən bildirib ki, İsrail Müdafiə Qüvvələri gələn həftə sonu İrana qarşı mümkün Amerika hərbi əməliyyatına hazırlaşır.