Modern.az

Universitetdə yeni mətbuat katibi

Universitetdə yeni mətbuat katibi

Təhsil

6 Aprel 2026, 13:13

Pərvanə Əliyeva (Fərhadqızı) Odlar Yurdu Universitetində İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin olunması ilə əlaqədar QHT.az saytındakı işindən azad edilib.

Modern.az xəbər verir ki, yeni vəzifəyə təyin olunması barədə xəbəri onun özü ictimailəşdirib.

“Təhsil mühitində kommunikasiya, şəffaflıq və ictimai əlaqələrin inkişafı mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu yeni vəzifədə universitetimizin dəyərlərini daha geniş auditoriyaya çatdırmaq, ictimaiyyətlə əlaqələri gücləndirmək və müasir kommunikasiya yanaşmalarını tətbiq etmək üçün əlimdən gələni edəcəyəm.

Eyni zamanda sosial media və rəqəmsal kommunikasiya sahəsində SMM mütəxəssisi kimi təcrübəmi də bu prosesə inteqrasiya edərək universitetimizin rəqəmsal görünürlüğünü daha da gücləndirməyi hədəfləyirəm”, - P.Əliyeva qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların idarə etdiyi gəmi VURULDU - 7 nəfər insan... - Xəbəriniz Var?