Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüş zamanı AZCON Holding-ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Dünya Bankının iştirak imkanları müzakirə edilib.
Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

