Modern.az

Şəmşad Ağa anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi

Şəmşad Ağa anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi

Aktual

29 Yanvar 2026, 10:16

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya ağır itki üz verib.

Jurnalistin parkinson xəstəliyindən əziyyət çəkən anası dünən vəfat edib.

Onun vəkili Fəxrəddin Mehdiyev jurnalistin dəfn və yas mərasimində iştirak etmək üçün Penitensiar Xidmətə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, həmçinin Ombudsmana müraciət edib.

Modern.az xəbər verir ki, məhkəmə Şəmşad Ağaya anasının dəfninə getməyə icazə verib.

Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. 

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır