Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi, GDU İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva qadın boksçular arasında keçirilən Azərbaycan çempionatında yarışın qalibi olub.
Universitetdən Modern.az-a bildirilib ki, ilk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn Fatimə Mehdiyeva 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, Fatimə Mehdiyevanın məşqçisi GDU-nun İdman Klubunun əməkdaşı Orxan Əliyevdir.


