Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.
Modern.az xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb. (İqtisadiyyat.az)