Modern.az

Azərbaycan Türkiyənin yanındadır, bu ağrını öz ağrısı kimi bölüşür

Azərbaycan Türkiyənin yanındadır, bu ağrını öz ağrısı kimi bölüşür

Aktual

6 Fevral 2026, 10:32

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında paylaşım edib. "Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür.

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?