Modern.az

Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA

Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA

Hadisə

6 Fevral 2026, 10:48

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olar Daxili işlər Nazirliyindən məlumat verilib. 

Xatırladaq ki, hadisəni törədən şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

***

10:28

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

Modern.az xəbər verir kiliseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. 

Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər. (Unikal.az)

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?