Modern.az

Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ

Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ

Aktual

6 Fevral 2026, 11:14

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Belə ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Modern.az faktla bağlı olaraq TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. 

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?