Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev startap nümayəndələri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Eyni zamanda innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflər nəzərdən keçirilib və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

