Modern.az

YAP-ın Qaradağ təşkilatının sədri vəzifədən çıxarıldı

YAP-ın Qaradağ təşkilatının sədri vəzifədən çıxarıldı

Aktual

6 Fevral 2026, 12:40

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.

Qeyd edək ki, Qafar Əliyev uzun müddət Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri olub. ("Teleqraf")

Sizə yeni x var
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?